Neftçi Şərursporla bərabərə qaldı
26 iyul 2016 22:00
“Neftçi”nin əvəzedici komandası təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubunun əvəzediciləri hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçiriblər.
Sözügedən komanda “Şərurspor” klubu ilə qarşılaşıb. “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutmuş görüş 2:2 hesabı ilə nəticələnib. "Neftçi"nin heyətində hər iki qolu Ruzigar İbrahimzadə vurub.