Patrik Hroşovski: Qarabağa qol vurmaq çox çətindir
27 iyul 2016 13:00
Çexiyanın "Viktoriya" klubunun yarımmüdafiəçisi Patrik Hroşovski Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, qolsuz bitən matçla bağlı bunları söyləyib:
"Qarabağ" yaxşı komandadır. Bu rəqibə qol vurmaq çox çətindir. Qolsuz heç-heçənin bizim üçün nə dərəcədə yaxşı nəticə olduğunu bir həftə sonra görəcəyik. Bu, bizim yeni mövsümdə ilk rəsmi matçımız idi. Növbəti oyunlarda qol və qollar vuracağımıza əminəm".