Ruslan Qurbanov: Neftçi azarkeşlərini başa düşürəm
27 iyul 2016 16:30
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov komandasının Avropa Liqasındakı çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Makedoniya "Şkendiya"sını keçməyi çox istəyirdik, amma alınmadı. Matçın sonunda Cavid İmamverdiyevin qol vurmaq şansı olsa da, yıxıldı və topa dəqiq zərbə vura bilmədi. Vançe Şikovun qəsdən qırmızı vərəqə aldığını düşünmürəm. O, topu meydanda saxlamaq istəyirdi. Azarkeşlərimizi başa düşürəm. Onlar da bizim uğur qazanmağımızı istəyirdilər. Hamımız uğur qazanmaq üçün əlimizdən gələni etdik. Alınmadı. Avrokuboklarda mübarizəni belə erkən dayandırmağımız mənim üçün çox üzücü oldu".