Yığmamızın üzvü Serbiya klubuna keçdi
27 iyul 2016 18:00
Futzal üzrə Azərbaycan yığmasının hücumçusu Vitali Borisov özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, Serbiyanın "Ekonomaç" klubuna keçib.
Tərəflər bir illik müqaviləyə imza atıblar.
Qeyd edək ki, Borisov Azərbaycanda "Araz" klubunda çıxış edirdi