"Azərbaycan yığması son illər çox artırıb"
27 iyul 2016 18:20
Futzal üzrə İspaniya yığmasının baş məşqçisi Xose Venansio Lopes DÇ-2016-nın qrup mərhələsindəki rəqibləri barədə danışıb. Azerisport.az xəbər verir ki, o, Azərbaycan yığması barədə də fikirlərini bölüşüb:
"Digər rəqiblərimiz kimi, Azərbaycana da qalib gəlməyə çalışacağıq. Amma son illərdə bu komanda çox artırıb. Azərbaycan yığmasının heyətində həm yerli, həm də milliləşdirilmiş braziliyalılar çıxış edirlər. Bu komanda Avropanın 12 ən yaxşı komandasından biridir".