İsrafilov Mursiyaya 400 000 avro qazandırıb
27 iyul 2016 18:40
İspaniya mətbuatı Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun son mövsümlərdə digər klublara icarədə oynamaqla müqavilə ilə məxsus olduğu "Mursiya"ya nə qədər qazandırdığını araşdırıb. Azerisport.az xəbər verir ki, sözügedən klub bu futbolçunun icarəsindən bütövlükdə 400 000 avro qazanc əldə edib.
"Qranada" İsrafilova görə "Mursiya"ya 200 000, "Eybar" və "Kordoba" isə hərəyə 100 000 avro ödəyib.
Qeyd edək ki, hazırda klubsuz qalan İsrafilovun yeni mövsümdə də hansısa kluba icarəyə verilməsi gözlənilir.