Kosovo təmsilçisi UEFA Kubokunda Azərbaycan klubuna rəqib oldu
21 avqust 2016 00:35
Futzal üzrə Azərbaycan çempionu "Araz"ın UEFA Kubokunun əsas raundundakı rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, təmsilçimiz "Tiflis Universiteti" (Gürcüstan) və "Feniks" (Kosovo) ilə bir qrupa düşüb.
Beləliklə, bu klublar Makedoniya "Jelezareç"i də daxil olmaqla UEFA Kubokunun əsas seçmə mərhələsində Azərbaycan çempionu ilə mübarizə aparmaq şansı qazanıblar. Sözügedən qarşılaşmalar oktyabrın 11-16-da Makedoniyada keçiriləcək.