Prosineçki San Marino ilə oyun üçün heyəti açıqladı
2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də səfərdə San Marino yığması ilə qarşılaşacaq, bu oyuna hazırlıq məqsədilə avqustun 24-dən sentyabrın 2-dək Bakıda təlim-məşq toplanışı keçirəcək, sentyabrın 2-də San Marinoya yola düşəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki millimizə 25 futbolçu dəvət edib.
Siyahı belədir:
Kamran Ağayev - Sumqayıt
Anar Nəzirov - Zirə
Səlahət Ağayev - İnter
Tərlan Quliyev - İnter
Maksim Medvedev - Qarabağ
Bədavi Hüseynov - Qarabağ
Rəşad Sadıqov - Qarabağ
Pavel Paşayev - Stal (Ukrayna)
Məhəmməd Mirzəbəyov - Qəbələ
Arif Daşdəmirov - Qarabağ
Ruslan Abışov - İnter
Rahid Əmirguliyev - Qarabağ
Qara Qarayev - Qarabağ
Elvin Məmmədov - Zirə
Əfran İsmaylov - Qarabağ
Dmitri Nazarov - Ersgedirge (Aue, Almaniya)
Rəhman Hacıyev - Neftçi
Araz Abdullayev - Neftçi
Eddi İsrafilov - Kadis (İspaniya)
Emin Mahmudov - Boavişta (Portuqaliya)
Ağabala Ramazanov - İnter
Ruslan Qurbanov - Neftçi
Namiq Ələsgərov - Qarabağ
Ramil Şeydayev - Trabzonspor (Türkiyə)
Mahir Mədətov - Qarabağ