Qarabağdan azarkeşlərə xəbərdarlıq
23 avqust 2016 13:45
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la İsveç "Qöteborq"u arasında keçiriləcək cavab matçının bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, Ağdam klubu bilet satışında ənənəvi problemlərin yaşanmaması üçün azarkeşlərə müraciət ünvanlayıb:
"Azarkeşlərimizdən xahiş olunur ki, Respublika stadionunun kassalarından bilet alarkən kassaların ətrafında gəzən insanların sizlərə əlavə bilet almağınızı bildirərsə, buna əməl etməyin. Məsələn, sizə yaxınlaşaraq sizdən onlar üçün əlavə 2 və ya 3 bilet almağınızı deyəcəkər, həmin şəxslər "qara bazar"ın nümayəndələridir, onların istəyini qəbul etməyin. Əks təqdirdə biletlər "qara bazar"a ötürülür, bu da sonda digər azarkeşlərimizin biletsiz qalmasına səbəb olur".