Türkiyədə yeni stadiona SOCAR Arena adı verilə bilər
23 avqust 2016 16:00
Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu Türkiyənin "Trabzonspor" klubu Azərbaycana bir qədər də doğmalaşa bilər. Azerisport.az xəbər verir ki, qaradənizlilərin yeni stadionuna Azərbaycan şirkəti SOCAR-ın adının verilməsi gündəmə gəlib.
Tərəflər arasında davam edən danışıqlar uğurla yekunlaşsa, sözügedən stadion "SOCAR Arena" adlanacaq.