Öncə Qurbanov, sonra Lennartson
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Qöteborq" (İsveç) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Azerisport.az xəbər verir ki, avqustun 24-də "Azərsun Arena"nın mətbuat zalında baş məşqçi Qurban Qurbanov saat 18:00-da media mənsublarının önünə çıxacaq.
Komandanın son məşqi isə saat 18:30-da Suraxanı qəsəbəsində yerləşən klub bazasında baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Qöteborq"un son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. İsveç təmsilçisinin baş məşqçisi isə son məşqdən sonra saat 21:00-da Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, "Qarabağ" - "Qöteborq" matçı 25 avqustda, saat 20:30-da start götürəcək.