Qarabağ - Qöteborq matçına 10 000 bilet satılıb
24 avqust 2016 11:00
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la İsveçin "Qöteborq" klubu arasında keçiriləcək cavab matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir k, artıq bu oyuna 10 000 bilet satılıb.
Qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu isə 31200 azarkeş tutumuna malikdir.
Qeyd edək ki, sözügedən qarşılaşma avqustun 25-də keçiriləcək və saat 20:30-da start götürəcək. İlk oyunda Ağdam klubu 0:1 hesabıyla məğlub olub.