Qəbələnin kapitanı Maribora qarşı meydana çıxa bilər
24 avqust 2016 12:30
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində sabah "Maribor"la cavab oyununa çıxacaq "Qəbələ" bu gün Sloveniyaya yollanıb. Azerisport.az xəbər verir ki, komandanın zədəli olan kapitanı Rəşad Sadiqov da səfərə yollananlar arasında yer alıb.
İlk oyunu buraxmaq məcburiyyətində qalan Sadiqovun cavab görüşündə meydana çıxması hələlik, sual altındadır. Amma o, artıq komanda ilə birgə məşqlərə başlayıb. Buna görə də "Maribor"a qarşı oynaması istisna edilmir. Baş məşqçi Roman Qriqorçuk onunla bağlı oyun günü qərar verəcək.
Sonda sizi komandanın Sloveniya səfərindən görüntülərlə tanış edirik: