FİFA Bursasporun forvardına görə sorğuya sentyabrda cavab verəcək
24 avqust 2016 14:00
AFFA Türkiyənin "Bursaspor" klubunun hücumçusu Dəniz Yılmazın Azərbaycan millisində oynamasına icazə almaq üçün FİFA-ya müraciət ünvanlayıb. Azerisport.az xəbər verir ki, bununla əlaqədar müraciət bir həftə öncə edilib.
FİFA-nın cavabı isə sentyabr ayında gəlməlidir. Amma hətta cavab tez gəlsə də, Dəniz Yılmaz DÇ-2018-in seçmə mərhələsinin ilk turunda San Marino ilə görüşdə millimizə kömək edə bilməyəcək. Buna səbəb hazırda onun zədədən əziyyət çəkməsidir.
Bu üzdən də millimizin baş məşqçisi Robert Prosineçki Yılmazın xidmətindən ən yaxşı halda oktyabrda baş tutacaq Çexiya ilə oyunda yararlana biləcək.