Fotoreportaj|Video|На русском

Futbol

Güləşçilərimiz Rioda qazanılan qələbələri şəhidlərimizə həsr etdilər

24 avqust 2016 14:30

Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları Vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərin suallarını cavablandıran güləşçilərimiz Olimpiya oyunlarında qazanılan qələbələri şəhidlərimizin ruhuna həsr etdiklərini bildiriblər.

Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Saypulla Absaidov:

"Biz həmişə Olimpiya Oyunlarında yüksək səviyyədə çıxış etmişik. Ona görə komandamızdan daim yüksək nəticə gözləyirlər və məsuliyyətimiz də böyük olur. Bu da müəyyən mənada güləşçilərimizə psixoloji təsir edir. Ümumən yaxşı çıxış etdik, 6 idmançımızdan 5-i medal qazandı. Bu böyük nəticədir. Qızıl medalın niyə olmaması barədə fikirləşirik, güləşçilərimizin çıxışlarını təhlil edəcəyik. Səhvlərin aradan qaldırılması üzərində işləyəcəyik".

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Firdovsi Umudov:

“Altı çəki dərəcəsində beş medal qazanaraq, komanda hesabında birinci yeri tutduq. Bütün güləşçilərimiz qızıl medal qazanmağa layiq idi. Bundan sonra da çalışacağıq ki, uğurlarımızı davam etdirək. Biz qələbələrimizi aprel döyüşlərində şəhid olmuş əsgərlərimizə və ümumiyyətlə bütün şəhidlərimizə həsr edirik. İnanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə hələ çox zəfərlərə nail olacağıq”.

Olimpiya Oyunlarının qızıl (London, 2012) və gümüş (Rio-de-Janeyro, 2016) medalçısı Toğrul Əsgərov:

"Rioda qızıl medal qazanıb Azərbaycan idman tarixinə ikiqat Olimpiya çempionu kimi düşmək arzusunda idim. Amma iş elə gətirdi ki, gümüş medalla kifayətlənməli oldum. Zənnimcə, çox güclü rəqabətin olduğu yarışlarda hər bir medal qiymətlidir. Komandamızın qazandığı 18 medalda mənim də payım olduğu üçün çox sevinirəm. Final görüşü mənim üçün uğursuz oldu. Görüşün əvvəlində zədələndim. Bu zədə öz təsirini göstərdi və Rusiyadan olan güclü rəqibimə uduzdum. İndi var qüvvəmlə çalışacağam ki, London Olimpiadasındakı uğurumu “Tokio-2020”də təkrarlayım”.

Olimpiya Oyunlarının gümüş (Rio-de-Janeyro, 2016) və ikiqat bürünc (Pekin-2008, London-2012) medalçısı Xetaq Qazyumov:

"Rio-2016"ya yalnız qızıl medal qazanmaq üçün yollanmışdım. Bildiyiniz kimi, bundan öncəki 2 olimpiadada bürünc medalçı olmuşdum. Çempion ola bilmədiyimə görə çox məyusam. Ancaq nə etmək olar, bu idmandır, güləşdir. Finalda dönüş yaratmağa tam ciddi şəkildə hazır idim, ancaq yəqin ki, taktiki səhvə yol verdim. Rəqibin ayağımdan tutmasına imkan yaratdım. Bu, mübarizənin taleyini həll etdi. İdmanda uzun yol keçən karyeram olub. Deyə bilmərəm ki, artıq indidən qərarımı vermişəm. Yaxşıca fikirləşib, ölçüb-biçəcəyəm. Bundan sonra yekun qərarımı açıqlayacağam".

Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyev:

"Sevinirəm ki, bürünc medal qazandım. Ümumilikdə öz çıxışılarımdan razıyam, amma mən çəkimi çox atdığıma görə, axırda yorğunluq özünü göstərməyə başladı. Amma sonadək dözdüm və bürünc medal qazana bildim. Qarşıda bizim əsas məqsədimiz İslam oyunlarıdır. Layiqli çıxış edib Azərbaycan xalqını medalla sevindirmək istəyirəm".

Olimpiya Oyunlarının bürünc medalçısı Cəbrayıl Həsənov:

"Rio-2016-da 3-cü yeri tutdum. Bunu yüksək qiymətləndirirəm. Çünki Olimpiya Oyunları elə bir yarışdır ki, burada hər idmançı iştirak edə bilmir, nəticə qazana bilmir. Bilirəm ki, yarımfinal görüşüm azarkeşlər tərəfindən çox müzakirə olunub. Rusiyalı güləşçi çox güclü idi, bir az da hakim haqsızlığı oldu. Qismət bu imiş. Şükür Allaha ki, Vətənə medalla dönə bildim".

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah