Darko Milaniç: Qəbələni keçmək üçün əlimizdən gələni edəcəyik
Sloveniyanın "Maribor" klubunun baş məşqçisi Darko Milaniç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarşıdakı oyuna yaxşı hazırlaşmışıq. Səbrsizliklə cavab matçının başlamasını gözləyirik. Komanda aqressiv oyun sərgiləməyə hazırdır. Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik.
Bakıdakı oyunda öz futbolumuzu göstərə, qol vəziyyətləri yarada bildik. Sadəcə, müəyyən səhvlərə yol verdik ki, bu da məğlubiyyətimizə gətirib çıxardı. Son oyunlarda qələbə qazana bilməmişik. Amma bu, komandadakı atmosferə təsir göstərə bilməz. Uşaqlar ruhdan düşməyiblər.
Sabah bütün heyətlə hücuma atılmayacağıq. Avrokuboklarda böyük təcrübəmiz var. Bundan yararlanmağa çalışacağıq. Azarkeşlərimizin dəstəyi də bizə kömək edəcək".