Qəbələ Maribora uduzsa da, Avroliqanın qrup mərhələsində!
Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qəbələ” də növbəti oyununa çıxıb.
Roman Qriqorçukun komandası Sloveniyada “Maribor”un qonağı olub. Bakıda keçirilən ilk görüşdə 3:1 hesablı qələbə qazanan təmsilçimiz cavab oyununu da münasib nəticə ilə başa vurmaq və qrup mərhələsinə vəsiqə qazanmaq istəyirdi.
Düzdür, komandamız səfərdə məğlubiyyətlə üzləşib. Amma minimal hesablı məğlubiyyət "Qəbələ"nin ardıcıl ikinci mövsüm Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasına mane olmayıb.
Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
25 avqust
"Maribor" - "Qəbələ" - 1:0 (0:0)
Qol: Tavares, 66 (1:0).
Sarı vərəqə: V.Vernidub, 38. E.Yanza, 49. A.Pihler, 60. D.Şme, 65. M.Kabha, 67. F.Ozobiç, 89.
Qırmızı vərəqə: T.Uiks, 69.
(İlk oyun - 1:3)
Hakimlər: Viktor Kaşşai, Georgi Rinq, Vençel Tot, Tamaş Boqnar (hamısı Macarıstan).
Maribor. "Lyusdki Vrt".
"Maribor": 33. Yasmin Handanoviç, 3. Erik Yanza, 4. Marko Şuler, 5. Blaj Vrhoveç (24. Maruan Kabha, 46), 6. Aleks Pihler (8. Sintayehu Sallalix, 69), 9. Tavares (k), 11. Milivoje Novakoviç, 22. Dare Vrşiç, 35. Rodriqo Defendi (20. Qreqor Bayde, 85), 39. Damyan Bohar, 44. Denis Şme.
Ehtiyat oyunçular: 69. Matko Obradoviç, 14. Sanni Omoreqi, 28. Mitya Viler, 70. Aleş Mertel.
Baş məşqçi: Darko Milaniç.
"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov (11. Asif Məmmədov, 86), 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo (32. Rəşad Eyyubov, 90+6), 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 44. Rafael Santos (k).
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 13. Murad Musayev, 34. Ürfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.