Fotoreportaj|Video|На русском

Futbol

Emin Mahmudov: Milliyə əbəs yerə dəvət almadığımı isbatlamağa çalışacağam

25 avqust 2016 12:30

Futbol üzrə Azərbaycan yığmasının və Portuqaliyanın "Boavişta" klubunun yarımmüdafiəçisi Emin Mahmudovun azerisport.az saytına müsahibəsi

- "Boavişta"da özünüzü necə hiss edirsiniz?
- Bütövlükdə, özümü normal hiss edirəm. Amma hələ tam uyğunlaşmamışam. Bir qədər də alışmağım lazımdır. Çünki bir-iki həftədir buradayam. Həm də hələ oynamamışam. Oynamağa da başlayandan sonra uyğunlaşdığımı söyləyə bilərəm.

- FİFA sizin yığmamızda oynamağınıza razılıq verdi. Artıq baş məşqçi Robert Prosineçki sizi Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək San Marino ilə oyun üçün açıqladığı heyətə də daxil edib. Bunu necə qarşıladınız?
- Heyətə düşdüyüm üçün şadam. Ümid edirəm ki, siyahıya əbəs yerə düşmədiyimi isbatlaya biləcəyəm. Bunun üçün çalışacağam.

- Amma son dövrlərə qədər AFFA-nın təkliflərini qəbul etmirdiniz. Qərarınızı dəyişməyə nə səbəb oldu?
- Qərarımı hələ 1-2 il öncə dəyişmək istəyirdim. Amma aldığım zədə bir qədər də gözləməyimi labüd etdi. Zədə səbəbindən bir il futbol oynamadım. Mənə ilk növbədə oynaya biləcəyim klub tapmaq lazım idi. Yalnız ondan sonra milli komanda barədə düşünmək olardı. Həm də fərqli bir çempionata getmək lazım idi. Çünki Rusiyada qalsaydım, orada legioner sayılacaqdım. AFFA rəsmiləri ilə söhbətimdə də qeyd etmişdim ki, fərqli çempionata getsəm, təklifinizi qəbul edəcəyəm. Portuqaliya klubuna keçəndən sonra heç bir maneə qalmadı. İstənilən halda Azərbaycan yığmasında oynamaq istəyirdim. Sadəcə, qərar verməyə tələsmirdim.

- Həm sizdən, həm də Ramil Şeydayevdən qarşıdakı seçmə mərhələdə çox şey gözlənilir. Ümidləri doğrulda bilməyəcəyinizdən qorxmursunuz?
- Qorxsam, heç yığmada oynamağa dəyməz. Həm də ümidləri doğruldub-doğrultmayacağıma dair düşüncələrim yoxdur. Bütün gücümü meydanda qoymağa çalışacağam, bacardığımı edəcəyəm. Yalnız ondan sonra məndə nə dərəcədə yaxşı alındığını görəcəyik.

- Azərbaycan yığmasını seçməyinizə Rusiyada necə reaksiya verdilər?
- Heç özüm də bilmirəm. Bəlkə də heç diqqət yetirmədilər.

- Yəqin ki, seçmə mərhələdə maksimum uğurlu çıxış edib, Rusiyada keçiriləcək qarşıdakı mundiala vəsiqə qazanmaq sizin üçün əsl stimul olar. Hansı ki, bu ölkədə futbolçu kimi yetişmisiniz...
- O qədər uzaq planlar qurmuram. Sadəcə, qarşıdakı ilk oyuna hazırlaşıram. Komandamızla birgə seçmə mərhələyə uğurlu start verməyimizi istəyirəm. Oyundan-oyuna irəliləməliyik. Neçənci yeri tutacağımızı isə sonda görəcəyik. Ümid edirəm ki, azarkeşlərin ümidlərini doğruldacağq.

- Azərbaycan yığması nəinki top-komanda, heç Avropanın ortabablarından da deyil. Amma komandada səviyyəli oyunçular var. Rəqabətin asan olacağını düşünmürsünüz?
- Rəqabətə görə narahat deyiləm. Əksinə, şadam ki, yığmada güclü rəqabət var. Yaxşı futbolçular nə qədər çox olsa, komanda üçün bir o qədər yaxşıdır. Həm də yığmaya gələn kimi oynayacağımı iddia etmirəm. Mən hələ özümü göstərməliyəm.

- Bəs futbolçulardan kimi tanıyırsınız?
- Qara Qarayevi şəxsən tanıyıram. Onunla yeniyetmələrdən ibarət komandada birgə oynamışıq. Deyəsən, U-15-də idi.

- San Marino ilə oyundan nə gözləyirsiniz?
- Bu komandanı məğlub etmək lazımdır. Başqa variant görmürəm.

- Azərbaycan dilini bilirsiniz?
- Bəli, doğma dilimizi bilirəm. Rahatca öz dilimizdə söhbət edə bilərəm. Amma həyatımın böyük hissəsini vətəndən kənarda keçirmişəm. 11 yaşımdan Azərbaycanı tərk etmişəm. Öz dilimizdə uzun müddət danışmayanda isə problem yaranır, tədricən nələrisə unutmağa başlayırsan. Ümid edirəm ki, yığmaya qoşulandan sonra yenə düzgün danışmağa başlayacağam.

- Azərbaycanın dövlət himnini bilirsiniz?
- Vaxtilə öyrənmişdim. Həmin dövrdə Azərbaycan dilini də yaxşı öyrənməyə çalışırdım. Elə oxuduğum kitabın ilk səhifəsində də dövlət himninin sözləri var idi. Mən də oradan öyrənmişdim. Pis də öyrənməmişdim. Amma zaman keçdikcə unutdum. Bir dəfə təkrarlasam, oxuya bilərəm.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah