Dare Vrşiç: Qəbələ ilə oyun bizim üçün mövsümün matçıdır
25 avqust 2016 13:20
Sloveniyanın "Maribor" klubunun yarımmüdafiəçisi Dare Vrşiç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, ilk oyunda 1:3 hesabıyla uduzan rəqib komandanın üzvü bunları söyləyib:
"Qarşımızda mövsümün oyunu durur. Əhval-ruhiyyə yaxşıdır. Matça yaxşı hazırlaşmışıq. Bakıdakı oyun göstərdi ki, bəzi çatışmazlıqları aradan qaldırmağımız lazımdır. Cavab matçına pozitiv köklənmişik, uğur qazanacağımıza inanırıq. Ciddi problemlərimiz olsa da, "Maribor" böyük klubdur. Azarkeşlərimizin də dəstəyi sayəsində uğur qazana bilərik. Səbrsizliklə matçı gözləyirik".