Azərbaycanlı futbolçu Türkiyənin həvəskar klubuna keçdi
25 avqust 2016 14:30
Azərbaycanlı futbolçu İlham Allahverdiyev Türkiyənin həvəskarlardan ibarət "Bartınspor" klubuna keçib. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, 23 yaşlı futbolçu ilə xeyli müddətdir müqavilə bağlamağa çalışan klub bu istəyinə yalnız indi çata bilib.
Allahverdiyev keçidindən danışıb: "Bu kluba gəldiyim üçün şadam. Bu transferdə əməyi keçən hər kəsə minnətdaram. Ümid edirəm ki, yeni mövsümdə çempion olacağıq".
Qeyd edək ki, Allahverdiyev ötən mövsüm "Şəmkir"də çıxış edib, 14 qola imza atıb.