Millimiz toplanışa 10 futbolçu ilə başladı
25 avqust 2016 15:20
Futbol üzrə Azərbaycan yığması ötən gündən təlim-məşq toplanışına start verib. Azerisport.az xəbər verir ki, yığmamız "Dalğa Arena"da bir araya gəlib.
Millimiz hələlik, legionerlərsiz hazırlaşır. "Qarabağ" və "Qəbələ"nin futbolçuları da milliyə gec qoşulacaq. Bu üzdən də hazırda millinin düşərgəsində cəmi 10 futbolçu var.