Qöteborqun idman direktoru Riçard Almeydanı fərqləndirdi
25 avqust 2016 16:00
İsveçin "Qöteborq" klubunun idman direktoru Mats Qren Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ" tamamilə fərqli səviyyədə komandadır. Məsələn, onların 20 nömrəli futbolçusunu (Riçard Almeyda) götürək. Çox yaxşı oyunçudur. Klubdan mənə deyiblər ki, onu komandaya cəlb etmək üçün yüksək məvacib ödəyiblər. "Qarabağ" topla çox yaxşı oynayır. Amma bizim evdə qazandığımız 1:0 hesablı üstünlüyümüz var".