Qəbələ Fransaya yollandı
18 oktyabr 2016 16:00

Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 20-də səfərdə Fransanın "Sent-Etyen" klubu ilə qarşılaşacaq "Qəbələ" sözügedən ölkəyə yollanıb. Azerisport.az xəbər verir ki, Roman Qriqorçukun çalışdırdığı komandamız 15:30-da birbaşa çarter reysi ilə Sent-Etyenə üz tutub.
Qeyd edək ki, bölgə klubu Fransaya itkilərlə yollanıb. Komandamızın heyətində Rəşad Sadiqov, Baqali Dabo və Nika Kvekveskiri zədəlidir.