Fəridə Əzizova Rio-2016-ya lisenziya və qızıl medal qazandı
Türkiyənin paytaxtı İstanbul şəhərində keçirilən Rio-2016 Olimpiya oyunlarına birbaşa lisenziya xarakterli turnirin ilk günü Azərbaycan taekvondosu üçün uğurlu alınıb. Azerisport.az xəbər verir ki, ölkəmizi -67 kq çəki dərəcəsində təmsil edən Fəridə Əzizova müvafiq olaraq, makedoniyalı Petra Matiyaseviç (4:1), ukraynalı Tatyana Teterevyanikova (3:0) və sloveniyalı Franka Aniç (1:0) üzərində inamlı qələbələr qazanaraq, Rio de Janeyroda keçiriləcək sayca 31-ci olan Yay Olimpiya Oyunlarına iştirak hüququnu əldə edib.
Ümumilikdə isə bu, 2015-ci ilin dekabr ayında Radik İsayevin 80+ kq çəki dərəcəsində qazandığı lisenziyadan sonra Olimpiya Oyunlarına taekvondo yığmamızın qazandığı ikinci lisenziyadır.
Sabah, yanvarın 17-si isə daha iki təmsilçimiz, Patimat Abakarova (-49 kq) və Milad Beigi Hərçəqani (-80 kq) lisenziyalar uğrunda öz qüvvələrini sınayacaqlar.