Azərbaycan çempionatında finalçılar məlum oldu
Bakı Dövlət Cıdır Meydanında “Çövkən” üzrə 3-cü Azərbaycan çempionatı sona yaxınlaşır. Azerisport.az xəbər verir ki, bu gün keçirilən yarımfinal oyunlarından sonra, finalda mübarizə aparacaq komandalar məlum olub.
Yarımfinal görüşlərində “Ağdam” komandası, “Polad”a 0-1 hesabı uduzub. “Sərhdəçi” komandasının çaparları isə “Balakən” təmsilçisinin qapısından 7 cavabsız top keçiriblər. Beləliklə də sabah (25 Oktyabr) keçiriləcək final oyununda “Sərhədçi” və “Polad” komandaları üz üzə gələcəklər. Oyun saat 13-00 da başlayacaq. Bundan bir saat öncə isə 3-cü yer uğrunda qarşılaşma olacaq.
Qeyd edək ki, Çövkən oyunlarından öncə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Dövlət Cıdır Meydanında xüsusi parad, milli çadırların quraşdırılamsı və şou proqram planlaşdırılıb.