Azad Rəhimov Bakı Formula 1 Qran Prisindən danışacaq
16 dekabr 2015 16:20
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouter təşkilatı “Son 6 ay” tədbirinə həsr olunmuş ilk mətbuat konfransı keçirəcək. Azerisport.az xəbər verir ki, mətbuat konfransı zamanı Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov, 17-19 iyun 2016-cı il tarixlərində Bakıda ilk dəfə keçirləcək Formula 1 Avropa Qran Prisinə hazırlıq işləri və bilet satışı ilə bağlı jurnalistləri maraqlandıran sualları cavablandıracaq.
Tədbir 18 dekabr 2015-ci il tarixində Fairmont otelinin ikinci mərtəbəsində yerləşən Üzeyir Hacıbəyov zalında baş tutacaq.