Fotoreportaj|Video|На русском

Velosiped İdmanı

Azərbaycan Velosiped İdmanı Federasiyası VeloParkda ağacəkmə kompaniyası keçirdi

4 may 2015 17:00

2015-ci il may ayının 4-də Bakı-2015 ilk Avropa Oyunlarının rəsmi tərəfdaşı Coca-Cola şirkəti, ADA Universiteti və Azərbaycan Velosiped İdmanı Federasiyası birgə həyata keçirdikləri irimiqyaslı ekoloji aksiya çərçivəsində yaz mövsümündə VeloParkda 4000 ağac əkilməsi kompaniyasını başa çatdırmışlar. Məlum olduğu kimi, Bakı-2015 İlk Avropa Oyunlarının proqramına daxil olan BMX velosiped növü üzrə yarışlar məhz bu VeloParkda keçiriləcək.

Azerisport.az xəbər verir ki, geniş bir sahəni əhatə edən bu yaşıllaşdırma aksiyasında Baku-2015 Avropa Oyunlarının Təşkilati Komitəsinin, Coca-Cola şirkətinin, ADA Universitetinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri, mayın 6-10-da təşkil olunacaq "Tour d’Azerbaïdjan-2015" beynəlxalq velosiped turunda iştirak edəcək "Synergy Baku Cycling Project" komandasının üzvləri iştirak ediblər.

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Veloparkda toplaşmış aksiya iştirakçılarını salamlayaraq bildirib ki, Veloparkın yerləşdiyi ərazidə abadlıq işlərinin aparılması haqda ilk dəfə Ulu Öndər Heydər ƏIiyev göstəriş verib: “Bu ərazi çoxlarına yaxşı tanışdır. Əvvəllər burada daş karxanası yerləşirdi. Ötən əsrin 70-ci illərində Ulu öndər Heydər Əliyev burada abadlıq işlərinin aparılması və ərazidə park salınması barədə göstəriş verib. Bu parkda onun özünün şəxsən əkdiyi ağacları da görmək olar. Təəsüflər olsun ki, 90-cı illərin əvvəllərində baxımsızlıq üzündən bu ərazidən agacların xeyli hissəsi quruyub sıradan çıxmış, park bərbad hala düşmüşdü. Üç il əvvəl Azərbaycan Velosiped İdmanı Federasiyası bu parkı öz himayəsinə götürdü və burada abadlıq işləri aparmağa başladı. Velosipedçilərimizin məşq edə bilmələri üçün burada 4 velomarşurut yaradıldı. Bir qədər sonra ölkə prezidenti İlham Əliyev bu ərazidə  Velopark yaradılmasına qərar verdi. Avropa Oyunları ərəfəsində isə burada  Olimpiya standartlarına cavab verən gözəl bir BMX stadionu inşa olundu. Biz fəxr edirik ki, velosipedçilərimiz belə gözəl bir bazaya malikdirlər. Son üç ildə bu parkda 30.000–dən çox ağac və bəzək kolu əkilib. Son bir neçə həftə ərzində isə Coca-Cola şirkəti və ADA Universiteti tərəfindən burada daha 4.000 ağac əkilib və biz ümidvarıq ki, belə tədbirlər gələcəkdə də davam etdiriləcək.
  
Bakı-2015 Avropa Oyunlarının Əməliyyatlar üzrə Baş Direktoru Saymon Kleq Bakı-2015 Oyunlarına dəstək verən bütün tərəfdaşlara təşəkkürünü bildirərək qeyd etdi ki, tərəfədaşlarımızın “Bakıda keçiriləcək ilk Avropa Oyunlarına bu cür dəstəyi bizi çox sevindirir. 2012-ci ilin dekabrında Bakının ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyi məlum olan kimi, biz bütün səylərimizi bu oyunların Azərbaycanda dəyərli bir irs qoymasına yönəltdik. 29 ay hazırlıq müddətində çoxlu sayda gənc Azərbaycan mütəxəssisi beynəlxalq səviyyəli yarışların keçirilməsində yeni təcrübə və bacarıqlar əldə ediblər. İnsan kapitali irsindən başqa, Avropa Oyunları Azərbaycana digər sahələrdə də böyük töhvə verəcək ki, onlardan biri də bu gün bizim tərəfdaşlarımız Coca-Cola və ADA Universitetinin dəstəyi ilə həyata keçirilir” – deyə, Saymon Kleq bildirib.

Azərbaycan Coca-Cola Bottlers MMC-nin Baş Müdiri Cem Becel təmsil etdiyi qurumun dünyanın ən nüfuzlu şirkətlərindən biri olaraq Azərbaycanın davamlı inkişafına verdiyi töhvədən danışdı:“Ağac əkilməsi bizim Azərbaycanda həyata keçirdiyimiz ekoloji siyasətimizin mühüm hissəsidir. 2014-cü ildə Coca-Cola ADA Universiteti ilə birgə 2020-ci ilədək 100,000 ağacın əkilməsini nəzərdə tutan uzunmüddətli ekoloji proqrama start verdi. Bu proqrama Bakı-2015 Avropa Oyunlarının idman obyektlərindən biri olan VeloParkın da daxil edilməsinə çox şadıq. Velosiped idmanı üzrə beynəlxalq və milli yarışların keçiriləcəyi VeloPark Bakının ən gözəl guşələrindən birinə çevrilməkdədir. Bakı-2015 Oyunlarının rəsmi tərəfdaşı kimi, ilk Avropa Oyunlarının uğurla keçməsinə dəstək olmaqdan çox məmnunuq və Oyunların ölkəmizin və insanların həyatında müsbət dəyişikliklərə səbəb olacağına inanırıq”.
 
Coca-Cola şirkətinin nümayəndəsi onu da bildirdi ki, ADA Universiteti ilə həyata keçirilən “Ağac Əkək, Təbiətə Pay Verək” adlı ekoloji proqramın məqsədi Abşeron yarımdamasının müəyyən edilmiş ərazilərində yaşıllıq zolaqlarının artırılması ilə ətraf mühitin inkişafına nail olmaqdır. Bu ilin sonunadək Coca-Cola və ADA Universiteti birlikdə 20,000 ağacın əkilməsini planlaşdırır. Bu ekoloji proqramın bir maraqlı özəlliyi isə ağacların damcı suvarma sistemi ilə təchiz olunmasıdır ki, bu da öz növbəsində su ehtiyatlarından qənaətlə istifadəni nəzərdə tutur. Bu ekoloji proqram vasitəsilə Abşeronda meşə zolaqlarının artması su ehtiyatlarının bərpasına müsbət təsir göstərəcək və ərazilərin eroziyaya məruz qalmasının qarşısını alacaq.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah