Fotoreportaj|Video|На русском

Velosiped İdmanı

Azərbaycan Velosiped İdmanı Federasiyasından növbəti kampaniya

1 dekabr 2015 14:00

Noyabrın 30-da “Coca-Cola” şirkəti, ADA Universiteti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə həyata keçirdiyi irimiqyaslı ekoloji aksiya çərçivəsində BMX Veloparkında ağacəkmə kampaniyası ilə bağlı tədbir keçirilib. Azerisport.az xəbər verir ki, geniş bir sahəni əhatə edən bu yaşıllaşdırma aksiyasında ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Cem Becel, velosiped həvəskarları, tələbələr və media nümayəndələri iştirak edib.

Bu ilin may ayında başlayan kampaniya çərçivəsində artıq BMX Veloparkında 14 000-dən çox ağac əkilib. Baş tutmuş tədbirdə isə daha 1 000 ağac əkilib. Xatırladaq ki, “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan BMX velosiped idman növü üzrə yarışlar məhz bu Veloparkda keçirilib.

“Coca-Cola” və ADA Universitetinin məqsədi Abşeron yarımadasının müəyyən edilmiş ərazilərində yaşıllıq zolaqlarının artırılması ilə ekoloji şəraitin yaxşılaşdırılmasına nail olmaqdır. Bu ekoloji proqramın bir maraqlı özəlliyi isə ağacların damcı suvarma sistemi ilə təchiz olunmasıdır ki, bu da öz növbəsində su ehtiyatlarından qənaətlə istifadəni nəzərdə tutur. Abşeronda meşə zolaqlarının sahəsinin genişləndirilməsi su ehtiyatlarının bərpasına müsbət təsir göstərəcək və ərazilərin eroziyaya uğramasının qarşısını alacaq.

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Veloparka toplaşmış aksiya iştirakçılarını salamlayaraq bildirib ki, Veloparkın yerləşdiyi ərazidə abadlıq işlərinin aparılması haqda ilk dəfə Ulu Öndər Heydər Əliyev göstəriş verib: “Əvvəllər burada daş karxanası yerləşirdi. Ötən əsrin 70-ci illərində Heydər Əliyev burada abadlıq işlərinin aparılması və ərazidə park salınması barədə göstəriş verdi. Bu parkda onun özünün şəxsən əkdiyi ağaclar da var. Təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində baxımsızlıq üzündən bu ərazidə ağacların xeyli hissəsi quruyub sıradan çıxmış, park bərbad hala düşmüşdü. Üç il əvvəl Azərbaycan Velosiped İdmanı Federasiyası bu parkı öz himayəsinə götürdü və burada abadlıq işləri aparmağa başladı. Bir qədər sonra ölkə prezidenti İlham Əliyev bu ərazidə Velopark yaradılmasına qərar verdi. Avropa Oyunları ərəfəsində isə burada Olimpiya standartlarına cavab verən gözəl bir BMX stadionu inşa olundu. Biz fəxr edirik ki, velosipedçilərimiz belə gözəl bir bazaya malikdirlər. Son üç ildə bu parkda 30 000-dən çox ağac və bəzək kolu əkilib. Son bir neçə ay ərzində isə “Coca-Cola” şirkəti və ADA Universiteti tərəfindən burada daha 14 000 ağac əkilib. Bu, ərazinin yaşıllaşdırılması istiqamətində atılmış çox böyük bir addımdır. Bu gün Azərbaycanda ağac əkilməsi prosesi geniş vüsət alıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl Marafon" layihəsi bu prosesin daha da genişləndirilməsi üçün ciddi təkan rolunu oynamışdır”.

ADA Universitetinin rektoru Hafiz Paşayev ADA-nın ölkədə ekoloji maariflənmə və ekologiya sahəsində “Coca-Cola” ilə birgə həyata keçirdikləri işlərdən danışıb: “ADA Universiteti olaraq biz həm akademik proqram çərçivəsində, həm də əlavə tədris fəaliyyətində ekoloji layihələrə böyük əhəmiyyət veririk. “Coca-Cola” ilə möhtəşəm tərəfdaşlıq proqramı çərçivəsində 2020-ci ilədək Bakı və ətraf ərazilərdə 100 minədək ağacın əkilməsi nəzərdə tutulur. Bugünkü tədbirdə “Bakı 2015” ilk Avropa Oyunlarının keçirildiyi məkanlardan biri olan BMX Veloparkının yaşıllaşdırılmasında iştirak etməkdən məmnunluq hissi keçiririk”.

“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş meneceri Cem Becel “Coca-Cola”nın qlobal brend olaraq Azərbaycanın ekoloji inkişafındakı rolu haqqında danışıb: “Ağacəkmə aksiyası bizim Azərbaycanın ətraf mühitinə olan əhəmiyyətli töhfəmizin bir hissəsidir. 2014-cü ildə ADA Universiteti ilə birgə “Ağac əkək, təbiətə töhfə verək” layihəsinə başladıq. Layihə 2020-ci ilədək 100 mindən çox ağacın əkilməsini nəzərdə tutur. Qeyd etmək istərdim ki, layihə başlandığı gündən indiyədək 42 mindən çox, təkcə bu il isə 22,5 mindən artıq ağac əkilib. Bu gözəl Veloparkın da proqrama daxil edilməsi bizim üçün çox xoşdur. Velopark Bakının ən gözəl ərazilərindən biri olmaqla, çoxsaylı beynəlxalq və daxili turnirlərə ev sahibliyi edir. “Coca-Cola” həm də Azərbaycanda velosiped idmanı üzrə keçirilən yarışlara dəstək olmaqla ölkədə fəal və sağlam həyat tərzinin təşviqinə çalışır. ADA Universiteti və Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə Azərbaycanda ətraf mühitin inkişafına və sağlam həyat tərzinin təbliğinə kömək edən əməkdaşlığımızdan çox məmnunam və bugünkü tədbirdə iştirak edən hər kəsə öz təşəkkürümü bildirirəm”.

Çıxışlar başa çatdıqdan sonra “Azərbaycan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Cem Becel ABŞ-ın Atlanta şəhərində yerləşən “Coca-Cola” muzeyindən gətirilmiş çox nadir bir velosipedi Azərbaycan Velosiped İdmanı Federasiyasının muzeyində saxlanılması üçün federasiyanın vitse-prezidenti Sahib Ələkbərova təqdim etdi. Qeyd olundu ki, “Coca-Cola” şüşəsi formasında hazırlamış bu velosiped “Coca-Cola”nın velosiped idmanına həsr olunmuş ilk televiziya reklamlarından birində istifadə edilib və şirkətin velosiped idmanına olan dəstəyinin və bağlılığının bir rəmzidir.

Ağacəkmə aksiyasından dərhal sonra tədbirdə iştirak edən mətbuat nümayəndələri arasında velosiped yarışı keçirilib. Təşkil olunan yarışda ölkəmizin müxtəlif media qurumlarının əməkdaşları iştirak edib. Yarışda ən yaxşı nəticəyə Sportarena.az idman portalının jurnalisti Vüsal Mirzəyev imza atıb. İkinci yerə AZƏRTAC Dövlət İnformasiya Agentliyinin fotoqrafı Tapdıq Abdullayev, üçüncü yerə isə “Report” İnformasiya Agentliyinin müxbiri Cavid Əzimov layiq görülüb. Yarışda fərqlənənlər Azərbaycan Velosiped İdmanı Federasiyası, "Coca-Cola" şirkəti və ADA Universiteti tərəfindən xatirə hədiyyələri ilə təltif ediliblər. Turnirin yeganə xanım iştirakçısı olan “Lider” televiziyasının müxbiri Şəhla Abdullayeva yarışda iştirak etdiyinə və mübarizə əzminə görə təltif edilənlər sırasında yer alıb.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah