Rəvandan inamlı qələbə
26 yanvar 2015 12:30
"Rəvan” qış hazırlığı çərçivəsində 3-cü yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, "aslanlar”ın növbəti rəqibi Qusarın "Şahdağ” klubu olub.
"Bayıl Arena”da baş tutan görüş Ramil Əliyevin rəhbərlik etdiyi kollektivin inamlı qələbəsi ilə yekunlaşıb – 4:1.
"Rəvan” bu oyunla təlim-məşq toplanışının ilk mərhələsini tamamlayıb. "Sarı-qırmızılıar” hazırlığı Salyan şəhərində davam etdirəcək. Yanvarın 27-dən etibarən Salyan Olimpiya İdman Kompleksinə məskunlaşacaq komanda fevralın 8-də paytaxta dönəcək.
Yoxlama oyunu
Rəvan - Şahdağ 4:1
Qollar: Anar Həsənov, 20; Əli Bağırov, 38; Amil Yunanov, 52; Vüsal Qarayev, 83.