Qarabağ Antalyada son məşqinə çıxdı
31 yanvar 2015 00:05
"Qarabağ" Antalyada təlim-məşq toplanışının sonuna yaxınlaşır. Azerisport.az xəbər verir ki, ötən gün hava şəraitinin yağmurlu olmasına baxmayaraq, Ağdam klubu axşam məşqinə çıxıb.
İsinmə hərəkətlərinin ardından 3 qrupda kvadrat oynayan futbolçular ardınca məşqçilərin verdiyi başqa fiziki məşğələləri yerinə yetiriblər.
Qeyd edək ki, "Qarabağ" bu gün sonuncu yoxlama oyununa çıxacaq. Rəqib Ruminiya təmsilçisi "Tarqu-Mureş" klubu olacaq. Oyun Bakı vaxtıyla 19:30-da start götürəcək.