Millimiz Latviyanı darmadağın etdi
30 iyul 2015 13:30
Qızlardan ibarət U-17 yığmamız Kişinyovda ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, Latviyadan olan həmyaşıdları ilə qarşılaşan millimiz 3:0 hesabı ilə qələbə qazanıb.
Firəngiz Teymurovanın dubl etdiyi oyunda digər qolu Rövşanə Sərdarlı vurub.
Turnir çərçivəsində üçüncü turun oyunları iyulun 31-də keçiriləcək. Yığmamız Bolqarıstan millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 12.30-da başlayacaq.