Ruslan Qurbanov: Artıq bütün fikirlərimizi Qəbələ ilə oyuna yönəltmişik
7 dekabr 2015 11:15
“Neftçi”nin futbolçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilmiş “Zirə” klubu ilə oyundan sonra fikirlərini klub televiziyasına açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəni belə şərh edib:
“Neftçi”nin bütün kollektivi adından faciə nəticəsində həyatlarını itirmiş ailələrinə başsağlığı vermək istəyirəm. Bütün azərbaycanlılar kimi biz də kədərliyik. Oyuna gəldikdə isə “Zirə” ilə görüş çətin alındı və qələbə qazan bilmədik. Sevinirəm ki, qol vurdum. Artıq bütün fikirlərimizi “Qəbələ” ilə oyuna yönəltmişik. Qəbələyə yalnız qələbə qazanmaq üçün gedəcəyik”.