Qurbanovla Abdullayev XL üzərində qələbədən danışdı
“Neftçi”nin futbolçuları – Kamal Qurbanov və Elşən Abdullayev klub televiziyasına açıqlama veriblər. Azerisport.az xəbər verir ki, onlar Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Xəzər Lənkəran" üzərində qazanılmış 1:0 hesablı qələbəni şərh ediblər.
Kamal Qurbanov: “Gördüyünüz kimi çətin oyun alındı. Rəqibin heyətində kifayət qədər gənc futbolçu var. Özlərini yaxşı tərəfdən göstərdilər və əllərindən gələni etdilər. Hesabı açaraq qələbə qazanmağımız yaxşı oldu. Qələbəni bütün azarkeşlərimizə həsr edirəm”.
Elşən Abdullayev: “Oyun gözlədiyimizdən daha çətin keçdi. Sözün düzü, “Xəzər Lənkəran”dan belə gözəl oyun gözləmirdik. Yaxşı müdafiə olundular. Amma bizim də çoxlu sayda qol vəziyyətlərimiz oldu. Oyunun axırlarında bundan istifadə edə bildik. Çox sevinirəm ki, bu qələbədə mənim də payım oldu. Azarkeşlərimizə təşəkkürümü bildirirəm, hər oyunda bizim yanımızdadırlar. Çalışacağıq ki, bundan sonra daha yaxşı nəticələrlə onları sevindirək”.