İqtisadçı yarımfinala çıxıb Lokomotivə rəqib oldu
2 mart 2011 23:15

Bu gün Azərbaycanın “İqtisadçı” voleybol klubu Çelenc Kubokunun 1/4 final mərhələsi çərçivəsində cavab oyununa çıxıb. Azerisport.az xəbər verir ki, voleybolçu qadınlarımızın bu mərhələdəki rəqibi Çexiya təmsilçisi “Kralovo Pole” klubu idi.
Qeyd edək ki, cütün favoriti kimi məhz “iqtisadçılar” göstərilirdi. Çünki təmsilçimiz avrokuboklarda kifayət qədər inamlı təsir bağışlayırdı. Hansı ki, Bakıdakı ilk oyunda da komandamız rəqibini 3:0 hesabıyla darmadağın etmişdi. Yarımfinala vəsiqəni təmin etmək üçün isə səfər meydanındakı cavab görüşündə də qələbə qazanmaq vacib idi. İlk iki setdə ciddi müqavimətlə üzləşməsinə rəğmən komandamız sonda meydandan qələbə ilə ayrılıb.
"İqtisadçı" yarımfinalda digər təmsilçimiz "Lokomotiv"lə qarşılaşacaq.
Çelenc Kuboku
1/4 final (cavab oyunu)
2 mart
KRALOVO POLE – İQTİSADÇI - 2:3 (25:23, 25:19, 14:25, 22:25, 10:15)