Yığmamız seçmə mərhələyə Avstriya üzərində darmadağınla start verdi (YENİLƏNİB)
7 sentyabr 2012 20:20

Bu gün Finlandiyada voleybol üzrə Avropa çempionatının seçmə mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması da ilk oyununu məhz bu gün keçirib.
Faiq Qarayevin yetirmələri startda Avstriya ilə üz-üzə gəliblər. Hansı ki, məhz bu komanda yığmamızın yer aldığı qrupun əsas favoriti hesab olunurdu. Amma millimiz bu rəqibi üzərində inamlı qələbəyə sevinib və tsiklə uğurlu start verib.
Qeyd edək ki, yığmamızın yer aldığı C qrupunda meydan sahibləri Finlandiya ilə yanaşı Belarus da yer alır.
Voleybol
AÇ-2013-ün seçmə mərhələsi
C qrupu
AZƏRBAYCAN – AVSTRİYA - 3:0 (25:19, 25:17, 25:17)