Fotoreportaj|Video|На русском

Su idman növləri

Azərbaycan akademik avarçəkənləri Rio-2016-ya lisenziya xarakterli dünya çempionatında mübarizəyə başlayır

30 avqust 2015 18:30

Fransanın Eqebelet əyalətində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya xarakterli akademik avarçəkmə üzrə dünya çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, nüfuzlu reqataya 77 ölkədən rekord sayda - 1300 idmançı qatılıb.

Onlardan 129-u olimpiadaya, 24-ü isə paralimpiadaya vəsiqə qazanacaqlar. Azərbaycanı ümumilikdə 4 avarçəkən təmsil edəcək. Yay Olimpiya Oyunlarına lisenziya uğrunda 14 qayıq tipində mübarizə gedəcək. Ölkəmiz bunlardan yalnız 1-də təmsil olunacaq. 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşdə Aleksandr Aleksandrov - Boris Yotov dueti çıxış edəcək. Hər iki avarçəkən həm fərdi, həm də qoşa mübarizədə bir sıra uğurlara imza atıb. Aleksandrov yeniyetmələr və 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionu, 2012-ci il London Yay Olimpiya Oyunlarının finalçısı olub. Yotov isə 2014-cü il Yeniyetmələrin Nankin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. O, Azərbaycanın akademik avarçəkmə növündə ilk olimpiya medalçısı sayılır.

Aleksandrov - Yotov dueti qoşa mübarizədə də bir sıra uğurlara imza atıb. Onlar ötən il elə Eqebeletdə keçirilmiş Dünya Kubokunun II mərhələsində, həmçinin, Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş Avropa çempionatında gümüş medal qazanıblar. Cütlük 2012-ci ildə London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat reqatasında da mübarizə aparıb. Lakin onlar 3-cü yeri tutaraq, olimpiadaya lisenziya verən 2-ci yerin ukraynalı sahiblərindən cəmi 0,530 saniyə geri qalıblar.

İndi isə Aleksandrov - Yotov dueti 2 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə Rio-2016-ya lisenziya qazanmaqdan ötrü yekun sıralamada 29 cütlük arasında ilk "11-liy"ə düşməliidir. Bunun üçün isə ən azı yarımfinaladək irəliləmək və B finalında ilk "5-liy"ə düşmək lazımdır.

Azərbaycan dueti mübarizəyə avqustun 31-də Bakı vaxtı ilə saat 15:20-də başlayacaq. Seçmə yürüşdə rəqiblər Sten-Erik Andersen-Kaur Kuslap (Estoniya), Georgi Bojilov - Kristian Vasilyev (Bolqarıstan), Robert Menson - Kris Harris (Yeni Zelandiya), Hüqo Buşeron - Matyö Androdias (Fransa) və Ceyms Makray - Aleksandr Belonoqov (Avstraliya) cütlükləri olacaq. İlk 4 yeri tutanlar 1/4 finala, qalanları təsəlli yürüşünə vəsiqə qazanacaqlar.

Dünya çempionatında ölkəmiz ilk dəfə paralimpiyaçı akademik avarçəkənlərin mübarizəsində də təmsil olunur. 1 nəfərlik qayıqla (ASM1X) yürüşlərə Asif Qasımov qatılacaq. Onun da iştirakı ilə seçmə mərhələ yürüşü avqustun 31-də saat 19:10-a təsadüf edəcək. Qasımovun rəqibləri Auqustas Naviçkas (Litva), Aleksandr van Holk (Hollandiya), Kerol Doherti (İrlandiya), Erik Horri (Avstraliya) və Fabritsio Kaselli (İtaliya) olacaq. Yürüşün qalibi yarımfinala, qalanları təsəlli yürüşünə çıxacaqlar.

Qeyri-olimpiya tipli 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) 2000 metr məsafəyə yürüşdə isə ölkəmizi Cavid Əfəndiyev təmsil edir. 25 yaşlı avarçəkən bu gün seçmə yürüşdə çıxış edib. O, finişə 7 dəqiqə 29,190 saniyəyə çataraq, 6-cı yeri tutub. Nəticədə o, yaponiyalı Suda Takahiro (7:04.61) və bolqarıstanlı Georgi Bojilovla (7:17.76) birgə sabah keçiriləcək təsəlli yürüşünə vəsiqə qazanıb. Yeni zelandiyalı Adam Linq (7:00.71), ABŞ təmsilçisi Nikolas Troyan (7:03.86) və perulu Rentso Leon Qarsia (7:04.31) ilk 3 yerin sahibləri kimi birbaşa 1/4 finala yüksəliblər.

Qeyd edək ki, dünya çempionatına sentyabrın 6-da yekun vurulacaq.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah