Fotoreportaj|Video|На русском

Güləş

6 ildə 129 medal - 42 qızıl, 32 gümüş və 55 bürünc

22 iyul 2014 12:45

Azərbaycan - idmanın inkişaf səviyyəsinə görə sürətlə tərəqqi edən ölkələrdən biridir. İdmançılarımızın qələbə soraqları Olimpiya oyunlarından, dünya və Avropa çempionatlarından gəlir. Azerisport.az xəbər verir ki, mötəbər yarışlarda qazanılan uğurların sayına görə respublikamız liderlər sırasındadır. Bu nailiyyətlər prezident İlham Əliyevin rəhbərliyilə idmanımıza dair düşünülmüş və məqsədyönlü siyasətin göstəricisidir!

Respublikamızın güclü iqtisadiyyatı sosial həyatımızın bütün sahələrində, o cümlədən, idmanda maddi-texniki bazanın möhkəmləndirilməsini təmin edir. Müxtəlif bölgələrimizdə yeni olimpiya kompleksləri tikilir, mövcud olan qurğular təmir edilir, müasir tələblər səviyyəsində yenidən qurulur. Belə bir iş təcrübəsi ölkəmizdə beynəlxalq səviyyəli yarışların təşkilinə imkan verir. Bu isə öz növbəsində idman ənənələrini daha da zənginləşdirmək üçün geniş perspektivlər açır. Bu baxımdan pəhləvanlarımızın hünəri diqqəti xüsusilə cəlb edir. Onların parlaq qələbələri idmanımızın salnaməsində layiqli yerini tutub.

Hər il ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turniri respublikamızın güləş ölkəsi kimi şöhrətini bir qədər də artırırb. Tarixi 2008-ci ildən başlanan bu yarış elə ilk gündən FİLA-nın təqvimində ən mühüm tədbirlərdən biri kimi seçilir.

Qızıl Qran-Pri beynəlxalq turniri Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun rəhbərliyilə həm təşkilati məsələlərinə, həm də texniki göstəricilərinə görə artıq dünya miqyasında keyfiyyətcə yeni bir hadisəyə çevrilib.Mütəxəssislər onu idman yarışlarına münasibət baxımından Azərbaycan standartlarının bir nümunəsi sayırlar. Pəhləvanların ali məclisi kimi yarışda yalnız ən güclülər iştirak edə bilərlər. Onları müəyyənləşdirmək məqsədilə mövsüm ərzində ayrı-ayrı ölkələrdə seçmə yarışlar keçirilir. Paris, Budapeşt və Krasnoyarsk şəhərlərində Qran-Pri turnirlərinin qalibləri Bakıda final mərhələsində iştirak etmək hüququ qazanırlar.  
  
Turnirin həm Azərbaycan, həm də dünya güləşi üçün əhəmiyyəti çox yüksək qiymətləndirilir. Çünki hər dəfə müvafiq yarışlarda dünya güləşinin mövcud vəziyyəti, ümumi səviyyəsi, qarşıdakı vəzifələr müəyyənləşdirilir. Başqa sözlə, ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri turniri  bütövlükdə dünya güləşinin inkişafına təsir göstərir.

İndiyədək təşkil olunan 6 turnir pəhləvanlarımızın uğurları ilə əlamətdar olub. İlk yarışlarda həm sərbəst,həm yunan-Roma, həm də qadın güləşçilərinin mübarizəsində  üst-üstə 22 medal müntəzəm qələbələr üçün bünövrə yaratdı. Fərid Mansurov, Fuad Əliyev, Rövşən Bayramov, İlqar Abdulov, Həsən Əliyev, Vitali Rəhimov, Cəbrayıl Həsənov, Xetaq Qazyumov, Sona Əhmədli, Mariya Stadnik, Yuliya Ratkeviç və bir çox başqaları müxtəlif mövsümlərdə qələbələrilə Azərbaycanın güləş ənənələrini daha da zənginləşdiriblər.

Bütövlükdə  42 qızıl, 32 gümüş və 55 bürünc – ümumən 129  medal. Ölkəmizin güləş ustalarının indiyədək 6 turnirdə nəticələri belədir.  İyulun 25-dən 27-dək Bakıda 7-ci turnir olacaq. Yarışın davam etdirilməsi, onun yenidən paytaxtımıza həvalə olunması FİLA-nın Azərbaycan Güləş Federasiyasına etimadının, habelə, turnirin bu dəfə də yüksək səviyyədə təşkil olunacağına inamının ifadəsidir.

Həm federasiyanın mütəxəssisləri, həm də seçmə komandamızın üzvləri qarşıdakı sınağa  ciddi hazırlaşırlar. Turnir ulu öndərimizin adını daşıdığına görə güləşçilərimiz yarışa ikiqat məsuliyyətlə yanaşır, yeni qələbələr qazanmaq əzmilə məşq edirlər. Rəqiblər heç də asan olmayacaq. Yarışlarda dünyanın ən güclü komandaları – Türkiyə, Rusiya, İran, Gürcüstan, Bolqarıstan, Amerika Birləşmiş Ştatları, Almaniya və başqa ölkələrin güləşçilərinin iştirakı gözlənilir.

İndiyədək hər bir turnirdə Azərbaycan pəhləvanları komanda hesabında ilk üçlükdə olub. Son 3 yarışın hər birində isə idmançılarımızın qazandığı mükafatların sayı 20-dən çox olub.Həmin turnirlər Hacı Əliyev, Orxan Əhmədov, Kamran Məmmədov, Rafiq Hüseynov, Rəsul Çunayev, Saman Təhmasibi və digər idmançılarımızın qələbələrilə yadda qalıb. Bu nailiyyətlər Azərbaycan güləşinin inkişaf yolunda olduğunu bir daha təsdiqləyir. Şübhə yoxdur ki,ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan 7-ci Qızıl Qran-Pri beynəlxalq turniri də pəhləvanlarımızın qələbələrilə  əlamətdar olacaq. (AGF)

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah