Yeniyetmələrimiz Dağıstandan 1 gümüş və 1 bürünc medalla qayıdıb
22 dekabr 2014 13:00
Dağıstanın Kaspiysk şəhərində Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında V beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə iştirak edən yeniyetmə sərbəst güləş yığmamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olub.
Yığma komandanın böyük məşqçisi Nazim Əlicanov və məşqçi Rövşən Umudovun rəhbərliyi altında qonşu respublikaya 8 güləşçimiz yollanmışdı. Onlardan ikisi fəxri kürsüdə yer alıb. 85 kq çəki dərəcəsində təmsilçimiz Hacımurad Məhəmmədsəidov yalnız final görüşündə uduzaraq gümüş medala yiyələnib. 76 kq çəkidə yığmamızı təmsil edən Əhliman Quliyev isə bürünc medal qazanıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Murad Əliyev təmsil edib.