İlham Əliyev ilin yekunlarına görə idmançı və mütəxəssislərin mükafatlandırılması mərasimində iştirak edib
22 dekabr 2014 18:20
Bu gün Milli Olimpiya Komitəsində 2014-cü ilə yekun vurulub. Azerisport.az xəbər verir ki, ilin yekunlarına həsr olunan tədbirdə idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.
Azərbaycan respublikasının prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Mərasim iştirakçıları prezident İlham Əliyevi hərarətlə qarşılayılar. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Sonra mükafatlandırma mərasimi olub.