Fotoreportaj|Video|На русском

Xronika

Ağsu İdman Kompleksi fəaliyyətə başladı

6 oktyabr 2015 17:20

Hələ 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndə ölkəmizdə Olimpiya Hərəkatında yeni mərhələ başladı. Azerisport.az xəbər verir ki, Azərbaycan sürətlə dünyanın idman ailəsinə daxil oldu. 2003-cü ildən etibarən isə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən strategiyaya uyğun olaraq, idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. İlk növbədə regionlar da daxil olmaqla bütün respublika üzrə beynəlxalq standartlara cavab verən yeni, müasir idman qurğularının , olimpiya idman komplekslərinin tikilməsinə başlandı. Bununla da ölkədə yeni idmançı nəslinin yetişməsini qarşıya məqsəd qoyan Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğı idmançılarımızın beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanmasına gətirib çıxardı.

Dövlətimizin düşünülmüş idman siyasəti bu gün də uğurla davam edir. Ağsuda inşa olunan yeni idman kompleksi də bu siyasətin tərkib hissəsidir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunan kompleksdə tikinti işləri ən yüksək səviyyədə aparılıb və bu yaxınlarda başa çatdırılıb.

Kompleksin həyətində ümummilli lider Heydər Əliyevin idmançılara göstərdiyi qayğını, müxtəlif dövrlərdə Ağsuya səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada, həmçinin Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqəti və bu rayona səfərlərini əks etdirən fotolar da yer alır.

Sentyabrın 17-də dövlət başçısı Ağsu rayonuna səfəri çərçivəsində idman kompleksinin açılışında iştirak edib.

Oktyabrın 5-də isə idman ictimaiyyətinin bir qrup üzvünün iştirakı ilə kompleks fəaliyyətə başlayıb. "Neftçi İdman Klubu”nun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov, Olimpiya, dünya və Avropa çempion və mükafatçıları Elnur Məmmədli, Rəsul Çunayev, Rövşən Bayramov, Hacı Əliyev, Rauf Ağayev, Nizami Paşayev və digərləri, eləcə də Ağsu rayon rəhbərliyinin təmsil olunduğu böyük bir heyət orada iştirak edərək kompleks haqda yüksək fikirlərini söyləyiblər və idmançılara uğurlar diləyiblər.

Çıxış edənlər ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söhbət açıblar. Yüksək səviyyəli bir idman ocağının istifadəyə verilməsindən məmnunluqlarını dilə gətirən natiqlər burada çoxlu sayda idmançıların yetişəcəyinə və ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcəklərinə inandıqlarını bildiriblər.

Qeyd edək ki, Ağsu İdman Kompleksində boks, cüdo, güləş, ağırlıqqaldırma, üzgüçülük, taekvondo və digər idman növlərinin fəaliyyət göstərməsi üçün maksimum şərait yaradılıb. İnanırıq ki, bu kompleksdə yetişəcək idmançılar ölkəmizi müxtəlif idman növləri üzrə beynəlxalq arenalarda layiqincə təmsil edəcək və Vətənə medallarla dönəcəklər. ("Nefçi" İK)

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah