Azad Rəhimov Goranboyda vətəndaşları qəbul edəcək
3 noyabr 2015 16:45
Gənclər və idman naziri Azad Rəhimov noyabrın 6-da Goranboy rayonunda vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbulda Gəncə, Naftalan şəhərləri, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Şəmkir və Tovuz rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 12:00-da Heydər Əliyev Mərkəzində (Goranboy şəh, Heydər Əliyev prospekti-4, Heydər Əliyev parkının ərazisi, RİH ilə üzbəüz ) başlanacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı noyabrın 3-dən 5-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar sözügedən rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.