Diniyev Neftçi`yə keçdi
7 октября 2010 14:09
Azərbaycan yığmasının keçmiş baş məşqçisi Şahin Diniyevin oğlu Kərim Diniyev Rusiyanın "Terek" klubunu tərk etdi. Azerisport.az xəbər verir ki, bundan sonra gənc futbolçu Bakının "Neftçi" klubunun şərəfini qoruyacaq. Əldə edilən məlumata görə, Kərim Azərbaycan İdman və Bədən Tərbiyyəsi Akademiyasının tələbəsi oldu və məhz bu səbəbə görə vətənə qayıtdı.