Pərvin Paşayevlə Hüseyn Axundov rəsmən “Muğan”da
26 января 2011 00:53

Premyer Liqanın digər klublarından fərqli, mövsümün qalan hissəsinin hazırlıqlarını Azərbaycanda həyata keçirən “Muğan” buna baxmayaraq, heyətini gücləndirməkdə davam edir. Azerisport.az xəbər verir ki, Salyan klubu iki yerli futbolçunu heyətinə qatıb.
Bunlar “Qəbələ”nin 22 yaşlı yarımmüdafiəçisi Pərvin Paşayevlə AZAL-ın şərəfini qoruyan yarımmüdafiəçi Hüseyn Axundovdu. Qeyd edək ki, Pərvin 2007-ci ildən etibarən “Qəbələ”də çıxış edirdi. Eyni zamanda gənc futbolçu Azərbaycanın U-21 yığma komandasında da çıxış edib. Axundov isə, 2011-ci ilin yayına qədər “Muğan”da icarə əsasında çıxış edəcək.