Simurq iki futbolçu ilə müqavilə bağladı
14 мая 2012 17:03

“Simurq” iki futbolçusu ilə müqavilələrinin müddətini artırıb. Azerisport.az xəbər verir ki, yeni anlaşmaya əsasən müdafiəçilər – İlkin Qırtımovla Aleksandr Şemonayev növbəti mövsümün sonuna qədər komandanın formasını geyinəcək.
Qeyd edək ki, hər iki futbolçu Zaqatala futbol məktəbinin yetirmələridi. Gənc futbolçu İlkin Qırtımov 2009-cu ildən “Simurq”da karyerasını davam etdirir. 2011-2012-ci il mövsümündə 2070 dəqiqə meydanda mübarizə aparan 2 nömrə bu ildən həm də 21 yaşlılardan ibarət Azərbaycan yığmasına dəvət olunub. Aleksandr Şemonayev isə 2011-ci ildən “Simurq”un heyətinə cəlb olunub və komandanın əvəzedilməz oyunçularından birinə çevrilib.