Kamil Nurəhmədov: Meydana çıxacağımı gözləmirdim
5 октября 2012 01:48

Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Kamil Nurəhmədov UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində “ağ-qaralar”ın futbolçusu 1:3 hesablı məğlubiyyətlə bitən qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Birinci hissədə bizdə heç nə alınmadı. Amma fasilədən sonra istədiyimiz oyunu göstərə bildik. Bütövlükdə, oyunumuzun pis alındığını düşünmürəm. Özümə gəlincə, meydana buraxılacağımı gözləmirdim. Bu, mənim ilk oyunum idi. Təbii ki, həyəcan var idi. Həm də mənim oyun təcrübəm olmadığından, bu, özünü göstərirdi”.