MEDIA|Фоторепортаж|Видео|Azərbaycanca

Футбол

Növbəti fasiləyə növbəti sürprizlərlə

5 ноября 2012 00:05
Topaz Premyer Liqasında daha bir tur arxada qaldı. Bir qədər də dəqiqləşdirsək, ikinci dövrənin ilk turuna – 12-ci tura yekun vuruldu.
 
İkinci dövrənin açılış matçında “Kəpəz”lə “Bakı” üz-üzə gəldi. Azerisport.az xəbər verir ki, hər iki komanda turnir cədvəlinin alt pillələrində qərarlaşdığından görüşə maraq böyük idi. Çünki qalib gələn tərəf digərini qabaqlayacaqdı. Bu baxımdan 11-ci pillədə yer alan “Bakı”ya heç-heçə də kifayət edirdi. Amma onsuz da heç-heçələrinə görə mövsümün rekordçusu olan “zolaqlılar” mütləq qələbə qazanmaq istəyirdilər. Çünki cəmi 1 qələbəsi olan Bojidar Bandoviçin yetirmələrinin uğursuzluq zolağından çıxmaq üçün belə bir qələbəyə böyük ehtiyacları vardı. Amma Mahmud Qurbanovun komandasının da son pilləni tərk etmək üçün qələbə qazanmaqdan başqa çıxış yolu yox idi. 90 dəqiqənin tamamında tərəflərin bütün səylərinə rəğmən, görüşdə hesab açılmadı və görüş sülhlə bitdi.
 
İlk oyun günündə daha bir maraqlı görüş “Qəbələ” ilə “Neftçi” arasında baş tutdu. Meydan sahibləri “Qarabağ” üzərindəki qələbənin davamını bu görüşdə də gətirmək istəyirdilər. Çünki Ramiz Məmmədovun yetirmələri rəqibini doğma divarlar arasında qəbul edirdi. Son ölkə çempionu isə “Simurq” üzərindəki qələbədən sonra bu görüşdə ən azı uduzmamağı hədəfləmişdi. Axı Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Rusiya “Rubin”i ilə oyun öncəsi bu, az əhəmiyyət daşımırdı. Amma qarşılaşma qəbələlilərin qələbəsiylə başa çatdı. Beləcə, ardıcıl qələbələr sayəsində bölgə təmsilçisi ilk altılığa qayıtmış oldu.
 
İkinci oyun günündə “Sumqayıt” lider “İnter”i qəbul etdi. Bu mövsüm bir çox favoritləri büdrətmiş sumqayıtlılar "bankirlər"ə də uduzmadı. Halbuki, paytaxt klubu qələbə qazansaydı, vahid liderliyi ələ keçirə bilərdi. Lakin son çempion “Neftçi”ni, kubokun qalibi olmuş “Bakı”nı məğlub edən, “Xəzər Lənkəran”dan xal alan Bernard Raabın yetirmələri lideri də büdrətməyi bacardı. Baxmayaraq ki, Sumqayıt təmsilçisi hələlik autsayderlər qrupundan uzaqlaşa bilmir.
 
Çempionatın digər lideri “Simurq” da “Turan”ın qonağı oldu. “İnter”in xal itirməsi bu komandanı mütləq qələbə qazanmağa sövq edirdi. Çünki yalnız belə olan halda Zaqatala təmsilçisi yenidən vahid liderliyi ələ keçirə bilərdi. Qarşılaşmada hesabı da Zaqatala klubu açdı. Amma görüşün gedişində qonaqlar bu üstünlüklərini qoruya bilmədilər. Bu baxımdan qırmızı vərəqələr də “Simurq”un oyununa təsirsiz ötüşmədi. Nəticədə tovuzlular məğlubiyyətdən xilas oldular. Əfqan Talıbovun gəlişindən sonra təəccübləndirməyə davam edən “Turan” hətta liderə qalib də gələ bilərdi. Amma meydan sahibləri ələ düşən şanslardan yaxşı yararlana bilmədilər. Hər halda qazanılan bir xal da tovuzlular üçün böyük önəm kəsb edir.

Son turların uğursuzu “Qarabağ” AZAL-la münasibətlərinə aydınlıq gətirdi. Ağdam klubu ilk dövrədə böyük hesabla uduzduğu (2:6) bu rəqibini məğlub etməyə borclu idi. Əks halda Qurban Qurbanovun komandası liderlər qrupundan daha da aralı düşəcəkdi. “Təyyarəçilər” isə liderliyə yüksəlmək üçün qələbə qazanmaq istəyindəydi. Amma bu dəfə gülən tərəf Ağdam təmsilçisi oldu. İki cavabsız qol “Qarabağ”a vacib 3 xal qazandırdı və komandanı üçüncü pilləyə qədər irəli saldı.
 
Turun qapanış matçında isə “Xəzər Lənkəran” “Rəvan”la qarşılaşdı. Lənkəran təmsilçisi bu oyun öncəsi baş məşqçisi Yunis Hüseynovla yollarını ayırdığından, komandada əhval-ruhiyyə ideal səviyyədə deyildi. Amma bu, sözügedən görüşdə hiss olunmadı. Əksinə, meydan sahibləri darmadağınla qalib gəldilər. “Rəvan” isə turnir cədvəlinin alt pillələrində var-gəl etməyə davam edir.
 
Topaz Premyer Liqası
12-ci tur
 
KƏPƏZ – BAKI - 0:0 (0:0)
Sarı vərəqələr: Atin Abdullayev, 57 (qeyri-idman hərəkəti) - Maris Verpakovski, 13 (qeyri-idman hərəkəti).
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Nahid Əliyev, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi:  Əsgər Əmirəliyev.
Hakim-inspektor:  Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
3 noyabr 2012. Gəncə. Şəhər stadionu. 4000 tamaşaçı.
Kəpəz: 16. Xəyal Zeynalov, 2. Nicat Məmmədov, 4. Azər Məmmədov (k), 8. Elvin Həsənəliyev, 9. Bəxtiyar Soltanov (17. Ceyhun Əhmədov, 58), 10. Armand Feutçin, 15. Şahin Kərimov (19. Atin Abdullayev, 46), 14. Elxan Əzizov, 18. Nikolay Svejentsev (3. Təbriz Hüseynli, 3), 30. Yuri Fomenko, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 1. İvan Radoş, 11. Ziyabil Məmmədov, 23. Şərif Həsənov, 20. Emin Əliyev.
Baş məşqçi: Mahmud Qurbanov.
Bakı: 82. Edin Nuredinoski, 2. Edemir Rodriqes, 6. İbrahim Karqbo, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov (k), 19. Nurlan Novruzov (17. Ramazan Abbasov, 72), 22. Vangelis Mantsios, 23. Maris Verpakovski (26. Leandro Beçerra, 57), 24. Nenad Kovaçeviç (8. Junior Vilson, 51), 25. Şəhriyar Əliyev, 29. Əziz Quliyev.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 3. Denis İvanov, 21. Novruz Məmmədov, 27. George Popxadze.
Baş məşqçi: Bojidar Bandoviç.
 
QƏBƏLƏ – NEFTÇİ - 2:1 (1:1)
Qollar: L.R.Assis, 31 (1:0), N.Kanales, 32 (1:1), Dodo, 89 (2:1).
Matçın 90+2-ci dəqiqəsində B.D.Silva penaltidən yararlana bilməyib (qapıçı).
Sarı vərəqələr:  Aleksandr Çertoqanov, 27 (qeyri-idman hərəkəti), Daniel Lopes Kruz, 37 (qeyri-idman hərəkəti), Ürfan Abbasov, 90+2 (vaxtı uzatdığına görə) - Elvin Yunuszadə, 10 (qeyri-idman hərəkəti), Mahir Şükürov, dəq.35 (qeyri-idman hərəkəti), Erik Ramos, 66 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, İlham Əliyev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
3 noyabr 2012. Qəbələ. Şəhər stadionu. 1100 tamaşaçı.
Qəbələ: 30. Anar Nəzirov, 22. Lorival Rodriqes Assis, 10. Dodo, 11. Yannik Kamanan (9. Viktor Mendi, 69), 15. Umar Kalabane, 18. Aleksandr Çertoqanov, 8. Bruno Da Silva (7. Yaşar Abuzərov, 90+2), 26. Daniel Lopes Kruz (88. Nodar Məmmədov, 72), 27. Rəşad Abdullayev (k), 84. Deyan Kelhar, 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 21. Elmar Baxşıyev, 23. Şəhriyar Xəlilov, 35. Tərzin Cahangirov.
Baş məşqçi: Ramiz Məmmədov.
Neftçi: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov (k), 5. İqor Mitreski, 9. Flavinyo, 10. Julius Vobay (17. Araz Abdullayev, 70), 11. Nikolas Kanales, 15. Erik Ramos, 22. Mahir Şükürov, 28. Emin Mehdiyev (21. Kamil Nurəhmədov, 83), 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 7. Rodriqino, 8. Elşən Abdullayev, 19. Mirhüseyn Seyidov.
Baş məşqçi: Böyükağa Hacıyev.
 
SUMQAYIT – İNTER - 0:0 (0:0)
Sarı vərəqələr: Murad Ağayev, 10 (qeyri-idman hərəkəti), Slavik Alxasov, 57 (qeyri-idman hərəkəti), Sabir Allahquliyev, 90 (qeyri-idman hərəkəti) - Vladimir Levin, 39 (hakimin qərarına etiraz), Ruslan Əmircanov, 57 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, İsgəndər Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
4 oktyabr 2012. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 1000 tamaşaçı.
Sumqayıt: 90. Anar Məhərrəmov, 2. Slavik Alxasov, 3. Aftandil Hacıyev, 4. Samir Abasov (k), 5. Murat Doymuş, 9. Orxan Əliyev (11. Sabir Allahquliyev, 65), 10. Ceyhun Sultanov, 13. Murad Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 27. Ramil Həşimzadə (17. Emin Cəfərquliyev, 83), 95. Ruslan Nəsirli (50. Murad Hüseynov, 66).
Ehtiyat oyunçular: 12. Yevgeni Jukov, 6. Taner Taktak, 8. Aqşin Muxtaroğlu, 22. Xəyal Mustafayev.
Baş məşqçi: Bernhard Raab.
İnter: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov (21. Arif Daşdəmirov, 85), 8. Nizami Hacıyev (9. Daniel Genov, 63), 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 25. İbrahima Niasse (23. Tales Şütz, 76), 28. Baçana Tsxadadze, 47. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 4. Valeri Abramidze, 24. Fuad Bayramov, 77. Ramil Mansurov.
Baş məşqçi: Kaxaber Tsxadadze.
 
QARABAĞ – AZAL - 2:0 (0:0)
Qollar: M.Muarem, 59 (1:0), V.Cavadov, 65 (2:0)
Sarı vərəqələr: Vüqar Nadirov, 32 (hakimin qərarına etiraz) – Oskar Klyava, 53 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Rza Məmmədov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
4 oktyabr 2012. Bakı. T.Bəhramov adına Respublika stadionu. 200 tamaşaçı.
Qarabağ: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 17. Vüqar Nadirov (22. Əfran İsmayılov, 68), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda (6. Hacı Əhmədov, 80), 24. Admir Teli, 55. Bədavi Hüseynov, 70. Vaqif Cavadov (11. Rauf Əliyev, 74).
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 4. Zaur Həşimov, 33. Selim Mostafa, 44. Eltun Yaqublu.
Baş məşqçi: Qurban Qurbanov.
AZAL: 27. Ruslan Məcidov, 2. Xuan Fransisko, 3. Usim Nduka (k), 6. Taqim Novruzov, 7. Cavid Tağıyev (28. Artur Patraş, 69), 8. Elman Taqayev (22. Ruslan Tağızadə, 56), 11. Zohair Benuahi, 16. Franko Nildo, 15. Oskar Klyava, 17. Viktor İbekoyi (37. Andrius Veliçka, 69), 20. Branislav Arseniyeviç.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 4. Xose Junior Aylton, 10. Tərlan Xəlilov, 23. Tural Nərimanov.
Baş məşqçi: Vaqif Sadıqov.
 
TURAN – SİMURQ - 1:1 (0:1)
Qollar: S.Polyak, 33 (0:1), F.Quliyev, 79 (1:1)
Sarı vərəqələr: Salif Ballo, 20 (qeyri-idman hərəkəti), Aleksandr Rukavina, 26 (qeyri-idman hərəkəti), Qoqi Pipiya, 79 (icazəsiz meydana daxil olduğu üçün), Andrey Popoviç, 90+1 (qeyri-idman hərəkəti) - Asif Mirili, 7 (qeyri-idman hərəkəti), İlkin Qırtımov, 39 (qeyri-idman hərəkəti), Dilaver Zrnanoviç, 43 (perspektivli hücumun qarşısını kəsdiyinə görə), Aleksandr Şemonayev, 47 (qeyri-idman hərəkəti), Rəşad Eyubov, 82 (qeyri-idman hərəkəti), Mario Bojiç, 90+1 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqələr: Rasim Ramaldanov, 63 (aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə), Qərib İbrahimov, 80 (hakimi təhqir etdiyinə görə), İlkin Qırtımov, 87 (rəqibi bilərəkdən dirsəklə vurduğuna görə).
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
4 oktyabr 2012. Tovuz. Şəhər stadionu. 3000 tamaşaçı.
Turan: 28. Andrey Popoviç, 6. Mikayıl Rəhimov, 9. Murad Ağakişiyev (7. Azər Məmmədov, 52), 10. Hafiz Əliyev (k) (5. Fərid Quliyev, 58), 13. Marius Kazlauskas, 14. Ender Günlü, 24. Ruslan Zubkov, 21. Antonio Rukavina (23. İrakli Beraya, 73), 22. Salif Ballo, 25. Nuqzar Kvirtiya, 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 1. İvan Qrabovaç, 11. Qoqi Pipiya, 15. Rəşad Piriyev, 8. Budaq Nəsirov.
Baş məşqçi: Əfqan Talıbov.
Simurq: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 7. Ruslan Poladov, 8. Qərib İbrahimov (6. Anderson Olivyera, 65), 13. Aleksandr Şemonayev, 14. Asif Mirili, 15. Stepan Polyak (17. Rüstəm Məmmədov, 90+1), 20. Rəşad Eyubov (21. Murad Səttarlı, 85), 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 9. Marçin Burhard, 10. Zdravko Popoviç, 79. Nenad Stoyanoviç.
Baş məşqçi: Georgi Çixradze.
 
 
XƏZƏR LƏNKƏRAN – RƏVAN - 4:0 (3:0)
Qollar: A.Pit, 10 (1:0), D.Sialmas, 12 (2:0), S.Tounkara, 33 (3:0), D.Sialmas, 69 (4:0).
Sarı vərəqələr: Roberto Alviz, 30 (qeyri-idman), Ağabala Ramazanov, 89 (qeyri-idman hərəkəti) - Miloş Zeçeviç, 45 (qeyri-idman hərəkəti), Nikolay Orlovski, 64 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.
4 oktyabr 2012. Lənkəran şəhər mərkəzi stadionu. 7200 tamaşaçı.
Xəzər Lənkəran: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 6. Roberto Alviz, 7. Sadio Tounkara, 9. Branimir Subaşiç (10. Elnur Abdullayev, 46), 11. Dimitrios Sialmas (55. Ağabala Ramazanov, 70), 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit (17. Kazım Kazımlı, 82), 21. Radomir Todorov, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 42. Kamran Abdullazadə, 99. Beto, 4. Akif Tağıyev.
Məşqçi: Emin Quliyev.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 5. Nikolay Orlovski, 7. Elvin Musazadə (15. Tural Cəlilov, 15), 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varela, 16. Orxan Lalayev, 20. Kristian Torres, 22. Tofiq Mikayılov, 26. Fransis Bosman (11. Şeriff Suma, 73), 27. Nuran Qurbanov (28. Amit Quluzadə, 55).
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 4. Ekrem Hodziç, 8. Tural Axundov, 19. Hüseyn Axundov.
Baş məşqçi: Kemal Alispahiç.
 
1 İnter 11 5 5 1 11 5 +6 20
2 Simurq 12 5 5 2 14 7 +7 20
3 Qarabağ 12 4 5 3 15 13 +2 17
4 XL 11 4 4 3 17 9 +8 16
5 Qəbələ 12 4 4 4 13 14 –1 16
6 AZAL 11 4 4 3 16 12 +4 16
7 Neftçi 9 5 0 4 16 12 +4 15
8 Turan 12 4 3 5 13 16 –3 15
9 Rəvan 12 3 4 5 12 18 –6 13
10 Sumqayıt 12 3 4 5 10 18 –8 13
11 Bakı 10 1 7 2 8 8 0 10
12 Kəpəz 12 2 3 7 8 21 –13 9
 
Bombardirlər:
8 - Franko Nildo (AZAL)
7 - Nikolas Kanales (Neftçi)
5 - Juan Manuel Varea (Rəvan)
4 - Zohair Benuahi (AZAL), Dmitrios Sialmas (Xəzər Lənkəran), Riçard Almeyda, Muarem Muarem (hər ikisi “Qarabağ”).

Другие новости этого раздела

«Я бы тоже хотел, чтобы в АЗПЛ было больше команд. И желательно за счет клубов из регионов»29 апреляЭльмар Бахшиев: Хочу, чтобы судьи относились ко всем клубам одинаково29 апреляРашад Садыхов: В ближайшее время связь некоторых клубов и судей будет устранена29 апреляГусейнов сыграл, Арда не проиграла29 апреляМустафаев делает решающий «ассист»29 апреляАраз-Нахчыван неожиданно обыграл Зире29 апреляБС и Джабраил одержали победы29 апреляМуса Гурбанлы – о своем будущем в Юргордене: Летом мы сядем за стол переговоров29 апреляАзербайджан и Албания не сыграют в Австрии29 апреляНефтчи и Габала продолжают чемпионскую гонку29 апреляТурецкое СМИ: Шейдаев – мастеровитый футболист. Но его эгоизм может доставить проблемы29 апреляИспанец Сабаха: Если будем бдительны до последнего, то хорошие результаты не заставят долго ждать29 апреляЮбилейный матч Сабаила29 апреляКарабах прервал свою серию и не смог побить рекорд29 апреляМурад Хачаев: После победы над Карабахом мотивации будет больше29 апреля
30 апреля00:01 Араз-Нахчыван удивляет Зире 29 апреля23:14 «Я бы тоже хотел, чтобы в АЗПЛ было больше команд. И желательно за счет клубов из регионов»21:47 Эльмар Бахшиев: Хочу, чтобы судьи относились ко всем клубам одинаково21:36 Рашад Садыхов: В ближайшее время связь некоторых клубов и судей будет устранена21:14 Гусейнов сыграл, Арда не проиграла21:02 Мустафаев делает решающий «ассист»20:53 Араз-Нахчыван неожиданно обыграл Зире19:39 Фаталиева впервые в истории Азербайджана выиграла ЕВРО19:01 БС и Джабраил одержали победы18:37 Муса Гурбанлы – о своем будущем в Юргордене: Летом мы сядем за стол переговоров18:07 Азербайджан и Албания не сыграют в Австрии17:39 Гейдаров уходит в отрыв, Гаджиев сделал скачок17:26 Ульвия Фаталиева – о своем золотом ЕВРО: В последних турах волновалась, что вдруг допущу ошибку17:02 Нефтчи и Габала продолжают чемпионскую гонку16:33 «Милли» начинает подготовку к Золотой Евролиге16:04 Турецкое СМИ: Шейдаев – мастеровитый футболист. Но его эгоизм может доставить проблемы15:33 Испанец Сабаха: Если будем бдительны до последнего, то хорошие результаты не заставят долго ждать15:03 Юбилейный матч Сабаила14:34 Джесси ГИ: В будущем в Азербайджане будет играть больше австралийцев14:04 Объявлен состав сборных Азербайджана на лицензионный турнир в Стамбуле13:39 Карабах прервал свою серию и не смог побить рекорд13:22 Вторая победа Велиевой в Турции13:07 Мурад Хачаев: После победы над Карабахом мотивации будет больше12:49 Успешное выступление таэквондистов на Кубке президента12:31 Президент ФБА провел встречи в Китае12:14 Карабах вновь сыграет с Галатасараем12:04 Нефтчи просматривает экс-вингера Копенгагена 11:55 18 лицензий Азербайджана на Олимпиаду-202411:43 Хырдалан и Нефтчи первыми начнут плей-офф АБЛ11:22 Бахлул МУСТАФАЗАДЕ: Очень хотелось бы увеличения количества команд АЗПЛ в регионах11:05 Команда функционера ETOPAZ вышла в Суперлигу10:41 Шахрияр Мамедъяров стал чемпионом Германии10:13 Матч Сумгайыт – Карабах побил рекорд сезона00:15 Чемпион продолжает терять очки  00:01 Нефтчи отмечает возвращение, удача Сумгайыта и печаль Габалы28 апреля23:40 Праздник в Сумгайыте и важные победы Нефтчи и Кяпаза 23:00 Тренер Сумгайыта: Сегодня сыграли против одной из сильнейших команд Европы22:35 Гурбан Гурбанов: Если не можем реализовывать такие моменты, значит, мысли в другом месте22:13 Гурбанлы сыграл, Юргорден отпраздновал победу21:55 Сумгайыт шокирует Карабах, Нефтчи разгромил ТТ, Кяпаз победил Габалу
Архив
eTopaz
AFFA
Sabah