Bombardir mükafatlandırıldı
20 мая 2014 12:14

Topaz Premyer Liqasının 36-cı turu çərçivəsində keçirilmiş "Qəbələ" - "Sumqayıt" oyununun fasiləsində U-17 Liqanın 2012/13-cü il mövsümünün bombardiri, "Qəbələ"nin futbolçusu Ehtiram Şahverdiyev AFFA və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində mükafatlandırılıb. Azerisport.az xəbər verir ki, 44 qol vurmaqla ötən mövsüm U-17 Liqasının ən məhsuldar oyunçusu olan Ehtiram Şahverdiyevə mükafat Azərbaycan milli komandasının və "Qəbələ" klubunun qapıçısı Kamran Ağayev tərəfindən təqdim olunub. (AFFA)