Atasport Avropanın ən yaxşı dörd komandasından biridir
6 aprel 2010 00:16
Otüstü hokkey üzrə qadınlardan ibarət Atasport komandası Çempionlar Kubokunun “Dördlər finalı”na vəsiqə əldə edib. Azerisport.az xəbər verir ki, yarımfinalda İspaniya təmsilçisi Klub de Kampoya qalib gələn hokkeyçilərimiz yarımfinala çıxa biliblər.
Atasportun yarımfinaldakı rəqibi Hamburq (Almaniya) olacaq. Digər cütdə Hollandiya klubları – Amsterdam və Hertogenboş üz-üzə gələcəklər.