Azərbaycan DÇ-nin final mərhələsinə yaxındır
20 aprel 2010 17:13
Bu gün Dünya kuboku çərçivəsində Uelslə qarşılaşan Azərbaycan qadınlardan ibarət otüstü xokkey komandası 3-cü oyunda 2-ci qələbəsini qazanıb – 1:0. Azerisport.az xəbər verir ki, bu qələbə ilə liderliyə yüksələn komandamız dünya çempionatının final mərhələsinə qatılmağa yaxındır. Yığmamızla birgə bu vəsiqə uğrunda Yaponiya, Rusiya, İtaliya, Uels və Belarus yığmaları da mübarizə aparır.