Bizə bir qələbə lazımdır!
23 aprel 2010 00:21
Bu gün Azərbaycanın qadınlardan ibarət otüstü hokkey yığması DÇ-nin seçmə mərhələsində növbəti görüşünü keçirib. Azerisport.az xəbər verir ki, Rusiyanın Kazan şəhərində baş tutan qarşılaşmada yığmamız mərhələnin lideri Yaponiyaya məğlub olsa da, bu, komandanın DÇ ümidlərinin üstündən xətt çəkməyib. Hokkeyçilərimiz son qarşılaşmada İtaliya üzərində qələbə qazanacağı təqdirdə, turnirin final mərhələsinə vəsiqəni təmsil edəcəklər.
Qeyd edək ki, 7 xalla Yaponiyadan sonra ikinci olan Azərbaycanın sonuncu rəqibi İtaliyanın cəmi 3 xalı var və bu komanda Uelslə birgə sonuncu pilləni bölüşdürür.